Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Yuxuda İlhamə dedi ki, Sərxan məni narahat edir”

“Yuxuda İlhamə dedi ki, Sərxan məni narahat edir”

“İlhamə Quliyeva yuxuma girdi, dedi ki, Sərxan Kərəmoğlu məni narahat edir. Allaha and olsun, atamın qəbrinə and olsun dedi ki, ona çatdır. Denən mənimlə işi olmasın”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O bildirib ki, mərhum Əməkdar artist İlhamə Quliyeva yuxusuna girib. Aparıcı müğənninin ona Sərxan Kərəmoğlu haqda sözlər dediyini vurğulayıb:

“8 ildir ki, İlhamə Quliyeva dünyasını dəyişib. Amma bu illər ərzində o, mənim yuxularıma gəlməyib”.

Qeyd edək ki, Sərxan və İ.Quliyeva illərlə dost olub, daha sonra isə qalmaqal yaşayıblar. Sərxan müsahibələrində dəfələrlə İlhamə Quliyevanı tənqid edib, aralarında yaşanan qalmaqaldan danışaraq onu heç zaman bağışlamayacağını bildirib.

Editor

Related Posts