Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan ÜDM-i 1,7 faiz artıb

Naxçıvan ÜDM-i 1,7 faiz artıb

Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 674 milyon 380 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,7 faiz çoxdur.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 1,1 faiz artaraq 1 437,6 manat olub.

Həmçinin bu ilin yanvar-iyun aylarında muxtar respublikada 255 milyon 555 min 800 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3,9 faiz üstələyir. Sənaye məhsulunun 229 milyon 94 min 200 manatı və ya 89,6 faizi malların, 26 milyon 461 min 600 manatı və ya 10,4 faizi isə xidmətlərin payına düşüb.

Editor

Related Posts