Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gürcüstanda 121 təşkilat qalmaqallı qanuna Konstitusiya Məhkəməsində etiraz edəcək

Gürcüstanda 121 təşkilat qalmaqallı qanuna Konstitusiya Məhkəməsində etiraz edəcək

“100-dən çox qeyri-hökumət təşkilatı (QHT) Gürcüstanın Konstitusiya Məhkəməsində xarici agentlər haqqında qanuna etiraz etmək qərarına gəlib”.

Birinci24.com xəbər verir ki, bu barədə İnformasiya Azadlığının İnkişafı üzrə QHT İnstitutunun nümayəndəsi Georgi Davituri brifinqdə bildirib.

“Bu dəfə 121 qeyri-hökumət təşkilatı Gürcüstanın Konstitusiya Məhkəməsinə iddia qaldırır, eyni zamanda biz xarici agentlər haqqında qanunun konstitusiyaya zidd müddəalarının fəaliyyətinin dayandırılması üçün məhkəməyə vəsatət verəcəyik”.

Qeyd edək ki, iyulun 15-də Gürcüstan Prezidenti Salome Zurabişvilinin qalmaqallı qanuna qarşı Konstitusiya Məhkəməsində iddia qaldıracağı məlum olub.

Editor

Related Posts