Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Özünü 11 yaş böyük sevgilisi ilə birlikdə asan Yasinin məktubu tapıldı – Video

Özünü 11 yaş böyük sevgilisi ilə birlikdə asan Yasinin məktubu tapıldı – Video

Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında sevgilisi ilə meyiti tapılan 1996-cı il təvəllüdlü Yasin İbrahimov özünə qəsd etməmişdən əvvəl məktub yazıb.

Birinci24.com xəbər verir ki, bu barədə onun atası “Səni Axtarıram” verilişində bildirib.

“Ata, məni bağışla! Bir səhv idi, oldu. Özünə korluq vermə” cümləsi yazılmışdı. Məktubu da mənə oğlumun şəxsiyyət vəsiqəsi ilə birlikdə prokurorluq orqanlarında verdilər”, deyə ata bildirib.

Mərhumun atasının həmçinin bildirib ki, oğlu intihar etməzdən öncə onlara bu barədə məlumat verib:

“Sonuncu dəfə qardaşım oğluna zəng edib. Deyib ki, məni bağışlayın, özümü öldürəcəyəm. Birlikdə intihar etdiyi qızla münasibəti barədə bilirdik”.

Qeyd edək ki, Y.İbrahimov sevgilisi, Xocalı rayon sakini, 1985-ci il təvəllüdlü Esmira Əhliman qızı Mamedova ilə birgə Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında özlərini asaraq canlarına qəsd ediblər. Göygöl Rayon Polis İdarəsinin əməkdaşları onların meyitlərinin qalıqlarını aşkarlayıblar.

Editor

Related Posts