Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

10 illik evlilik xəyənatə görə bitib?

10 illik evlilik xəyənatə görə bitib?

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış aktyoru Rüştü Onur Atilla boşandıqdan 20 gün sonra müğənni Nezlə görüntülərini yayımlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, ifaçı 10 illik evliliyin bitməsinə onun səbəb olması ilə bağlı iddialara aydınlıq gətirib. O, xəyanət iddialarını yalanlayıb:

“Bu işlərə zamanım yoxdur. Qısa zaman öncə boşanıb və təsadüfən bir araya gəlmişik. Dostluğumuz başladı və başqa münasibətə çevrildi. Xəyanət olsaydı, belə rahat yaşaya bilərdim? Xəyanət çox çirkin böhtandır. Həyatım boyunca belə şey etmədim, etmərəm də”.

Qeyd edək ki, Rüştü keçmiş həyat yoldaşı Sinem Akyıldızla 2014-cü ildə nikah masasına əyləşib. Rüştü ilə Sinemin 2 övladı var.

İkili bir müddət əvvəl boşanıb.

Editor

Related Posts