Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Keytin “Titanik” filmində batan paltosu rekord qiymətə satılacaq

Keytin “Titanik” filmində batan paltosu rekord qiymətə satılacaq

1997-ci ildə məşhur “Titanik” filmində Keyt Uinsletin oynadığı Rouz Dyuitt Byukeyterin geyindiyi palto hərracda rekord qiymətə satışa çıxarılacaq.

Birinci24 informasiya agentliyi xəbər verir ki, “Batan palto” kimi tanınan rekvizitin əsas “Entertainment Memorabilia” auksionunda 125-250 min dollar (212.5-425 min manat) arasında qiymətə satılacağı gözlənilir. Tədbir “PropStore” tərəfindən təşkil olunacaq və avqustun 15-dən 18-dək baş tutacaq.

Maraqlıdır ki, geyim dizaynerləri çəkiliş üçün paltonun bir neçə variantını hazırlayıblar, çünki paltarın suya düşdüyü səhnələri bir neçə dəfə çəkmək lazım gəlib. Bu paltonun iki versiyası əvvəllər müxtəlif auksionlarda satılıb: birincisi 2019-cu ildə “GWS” auksionunda 270 min dollara, ikincisi isə 2023-cü ildə “Goldin” auksionunda 110 min 400 dollara satılıb.

Editor

Related Posts