Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sənubər İsgəndərli:”Hələ də aktyorun qadın paltarı geyinməsi birmənalı qarşılanmır”

Sənubər İsgəndərli:”Hələ də aktyorun qadın paltarı geyinməsi birmənalı qarşılanmır”

“Bu sənətdə hər şey çətindir. Çünki hələ də təfəkkürdə aktyorun qadın paltarı geyinməsi birmənalı qarşılanmır”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “Otaq 9” layihəsində qonaq olarkən deyib. O, aktyorlara verilən dəyərdən gileylənib:

“Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır. Təbii ki, teatr yaranan dövrdən bu yana köklü dəyişiklik var. O dövrdə kişilər aktrisa kimi səhnəyə çıxırdısa, indi bu dəyişib. Lakin hələ də o təfəkkürdə olanlar var. Hələ Mirzə Ələkbər Sabirin qəzəllərində olduğu kimi, “Oxutmuram əl çəkin” deyənlər var.

Gəncləri qınamaq lazim deyil. Düşünürlər ki, həyat qabaqdadır, hələ “nə xariqələr yaradacağam” deyirlər. Universitetə girəndə, birinci kursda hamısı “Xalq artisti”dir. Böyüdükcə hər şeyin fərqinə varırlar. Bugünkü gündə də ucqar kəndlərdə 14-15 yaşlı qızı ərə verməyə çalışır, bunun üçün yaşayırlar. Hələ də bu düşüncə var ki, qızı üçün edə biləcəyi ən yaxşı şey onu ərə verməkdir. İnsan özü düzəlmək istəməsə, mümkün deyil”.

Editor

Related Posts