Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın düşərgəsinə daha bir futbolçu qoşulub.

Birinci24 informasiya agentliyi xəbər verir ki,Ramon Maçado qarşıdakı 1 ili “qırmızı-ağlar”ın heyətində keçirəcək. Braziliyalı hücumçu bu gündən komandanın məşqlərində iştirak edir. 33 yaşlı futbolçu “Araz-Naxçıvan”a Malaziyanın “Sabah” klubundan gəlib.

O, müxtəlif illərdə “Neftçi” və “Qəbələ”nin heyətində yer alıb. Ümumilikdə isə Maçado “Brasil Pelotas”, “Santo Andre”, “Parana”, “İtuana”, “Vila Nova”, “Lajeadense”, “Santa Kruz”, “Esportivo”, “Boa Esporte” və “Ponte Preta” klublarında da çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benni, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nunu Rodrigeş, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

Editor

Related Posts