Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nepalda təyyarə qəzası – 18 nəfər həlak oldu

Nepalda təyyarə qəzası – 18 nəfər həlak oldu

Nepalın paytaxtı Katmandu şəhərindəki Tribhuvan Beynəlxalq Hava Limanında təyyarə uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

Birinci24.com xəbər verir ki, bu barədə “Khabarhub” informasiya portalı məlumat yayıb.

Məlumata görə, “Saurya Airlines” Hava Yollarına məxsus “Bombardier” CRJ200 təyyarəsi yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 08:15-də) uçuş-enmə zolağından çıxaraq alovlanıb.

“The Kathmandu Post” qəzeti xəbər verir ki, xilasedicilər təyyarədən 18 nəfərin cəsədini çıxarıblar.

Təyyarənin kapitanı sağ qalıb və xəstəxanaya aparılıb. Təyyarədə ümumilikdə 19 nəfər olub.

Qəzetin məlumatına görə, təyyarənin Katmandudan Pokxaraya uçduğu məlum olub.

“Myrepublica” informasiya portalı təyyarənin Katmandu hava limanında eniş edərkən qəzaya uğradığını bildirib.

İlkin məlumatlara görə, uçuş sınaq xarakteri daşıyıb və təyyarədə yalnız aviaşirkətin texniki işçiləri olub.

Editor

Related Posts