18 ildir Azərbaycanı Rusiyada təmsil edən səfir Polad Bülbüloğlu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində iştirakını istisna etməyib.
Birinci24.com xəbər verir ki, “Novoye-vremya” saytının bu barədə sualına cavabında səfir-müğənni deyib ki, parlament seçkilərinin keçirilməsi hər bir dövlətin, xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir:
“Şuşalılar məni özlərinə deputat seçsələr, hədsiz dərəcədə sevinərəm”.
Polad Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. Nazir işlədiyi illərdə iki dəfə deputat mandatı alıb. Birinci dəfə 1990-cı ildə Azərbaycan SSR-nin Ali Sovetinə keçirilən seçkilərdə, ikinci dəfə 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən mandat qazanıb.
1998-ci ildə mədəniyyət naziri təyin oldunduğundan qanunvericiliyin dəyişməsi səbəbindən deputat mandatını təhvil verib.
P.Bülbüoğlu 2006-cı ildən Rusiyada səfir vəzifəsində çalışır.
1982-ci ildən “Xalq artisti” olan P.Bülbüloğlu 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf”, 2020-ci ildə “Heydər Əliyev” və Rusiyanın “Dostluq” ordenləri ilə təltif edilib.