Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Obama Harrisin namizədliyini dəstəkləyəcək” – NBC

“Obama Harrisin namizədliyini dəstəkləyəcək” – NBC

“ABŞ-nin keçmiş prezidenti (2009-2017) Barak Obama tezliklə vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyəcək”.

Birinci24.com xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC telekanalı məlumat yayıb.

Bildirilir ki, Obama artıq Harrisə özəl olaraq dəstək verib. Keçmiş prezidentin həyat yoldaşı Mişel Obama da onun namizədliyini dəstəkləyir. Mənbələr bildiriblər ki, Obama hələlik vitse-prezidentliyə namizədi açıq şəkildə dəstəkləməyib, çünki o, Prezident Co Baydenin xalqa müraciətinə kölgə salmaq istəməyib. “O, Harrislə müntəzəm olaraq ünsiyyət qurur və onun kampaniyasının yaxşı başladığına inanır. Obama və Harrisin köməkçiləri artıq onun seçki kampaniyası zamanı onların bir yerdə görünməsi imkanlarını müzakirə ediblər, lakin dəqiq tarix hələ razılaşdırılmayıb. Obama hesab edir ki, onun Harrisin kampaniyasında iştirakı Demokratlar Partiyasının Respublikaçı namizəd Donald Trampa qarşı mübarizədə kömək edə bilər”, – məlumatda deyilir.

Bəzi mənbələrə görə, Obama artıq seçki qərargahının işi ilə bağlı Harrisə məsləhətlər verməyə başlayıb.

Xatırladaq ki, iyulun 22-də “The New York Times” Obamanın Harrisin namizədliyini dəstəkləməməsi və Demokratlar Partiyasından namizədin seçilməsi prosesini daha uğurlu etməsinin vacibliyi barədə məlumat yayıb. İyulun 25-də “New York Post” qəzeti yazıb ki, Obama vitse-prezident Kamala Harrisin seçkidə Trampı məğlub edə bilməyəcəyinə inanır.

Editor

Related Posts