Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğan-Əsəd görüşü avqustda baş tuta bilər – KİV

Ərdoğan-Əsəd görüşü avqustda baş tuta bilər – KİV

2011-ci ildən bəri ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında bu ilin avqustunda görüş baş tuta bilər.

Birinci24.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti mənbəyə istinadla məlumat yayıb.  

Məlumata görə, Türkiyə və Suriya prezidentləri arasında görüş yaxın ayda istənilən vaxt keçirilə bilər.

“Proses sürətlə inkişaf edir. Hər iki lider (Ərdoğan və Əsəd) ən geci avqustda görüşəcək”, – qəzet qeyd edib.

Qəzetin məlumatına görə, artıq ölkələrin kəşfiyyat xidmətləri bu görüşün təşkili məsələsini həll edirlər.

Qeyd edək ki, bundan əvvəl Ərdoğanla Əsəd arasında görüşün yeri kimi İraq müzakirə edilirdi.

Editor

Related Posts