İsrail Qəzzada məktəbi vurdu – Azı 30 nəfər öldü

İsrail Qəzzada məktəbi vurdu – Azı 30 nəfər öldü

İsrail ordusu Qəzza zolağında məktəb binasına hava zərbəsi endirib.

Birinci24.com xəbər verir ki, bu barədə HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, zərbə nəticəsində ən azı 30 nəfər ölüb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yüzdən çox insan xəsarət alıb. Yaralılar və ölənlər arasında qadın və uşaqların çox olduğu bildirilir. Qəzza Mülki Müdafiəsi bildirib ki, məktəb köçkünlər üçün sığınacaq kimi istifadə olunub.

İsrail Müdafiə Qüvvələri bildirib ki, əldə etdikləri məlumata görə, HƏMAS bu məktəbdən komandanlıq və idarəetmə mərkəzi kimi istifadə edib, hücumlar planlaşdırıb və silah saxlayıb.

Editor

Related Posts