Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb

İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb

İsrail qüvvələri bazar ertəsi Qəzza zolağının cənubunda quru və hava hücumları həyata keçirərkən, diqqət İsrailin Livanla sərhədinə, İsrail qüvvələri ilə “Hizbullah” militantları arasında artan toqquşmalara yönəlib.

İsrail ordusunun bildirdiyinə görə, Qəzza əməliyyatlarında əsas diqqət Rəfah və Xan Yunisdəki döyüşlərə yönəlib. İsrail eləcə də keçən gün ərzində HƏMAS-ın Qəzza zolağındakı 35-ə yaxın hədəfinə havadan zərbələr endirdiyini bildirib.

Livanın dövlət xəbər agentliyinin məlumatına görə, bazar ertəsi İsrailin Livanın cənubuna hücumu nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Oktyabr ayında Qəzzada müharibə başlayandan bəri
İsraillə “Hizbullah”ın sərhəddə apardığı intensiv döyüşlər daha geniş regional qarşıdurma qorxusunu artırır.

İsrailin müdafiə naziri Yoav Qallant şənbə günü deyib ki, “Hizbullah”ın İsrailin nəzarətində olan Qolan təpələrindəki futbol meydançasına raket hücumu “ona baha başa gələcək”. Hücum nəticəsində 12 uşaq ölüb.

İsrailin mümkün cavab hücumu ilə bağlı narahatlıqlar bir neçə avia-şirkətin Beyrutda və oradan xaricə uçuşları ləğv etməsinə səbəb olub.

ABŞ və İsrail ölümcül raket hücumunda “Hizbullah”ı günahlandırsalar da, militantlar məsuliyyəti inkar edib.

Qəzzada müharibə oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb. Hücum zamanı militantlar tərəfindən 1200 nəfəri öldürüb, 250-yə yaxın insan girov götürüb.

Qəzzada militantlar və mülki şəxslər arasında fərq qoymayan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzadakı hərbi kampaniyası 39,300-dən çox fələstinlinin ölümünə səbəb olub.

Editor

Related Posts