
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin 5-7-ci təsnifatı üzrə vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanı başa çatıb.
Ayrı-ayrı vəzifələr üzrə ən sıx müsabiqə vəziyyəti Təhsil Nazirliyinin təqdim etdiyi Orta ixtisas və peşə təhsili şöbəsində məsləhətçi vəzifəsi üzrə yaranıb – 31 namizəd. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi Uşaq problemləri şöbəsində məsləhətçi vəzifəsinin tutulması üçün isə 20 namizəd mübarizə aparacaq.
Sentyabrın 16-27-də keçirilən test imtahanının nəticələrinə əsasən, 692 namizəd imtahanlarda iştirak edib, 321 namizəd isə müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə sənəd qəbulu oktyabrın 28-ə qədər davam edəcək. Qanunvericiliyə uyğun olaraq sənəd qəbulu başa çatdıqdan sonra bir ay müddətində müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulur.