2024-cü ilin ilk yarısı üzrə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının əməliyyat məsrəfləri 243 milyon dollar, əsaslı məsrəfləri isə 698 milyon dollar olun.
Birinci24.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkəti məlumat yayıb.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2023-ci ilin eyni dövrü ilə müqayisədə AÇG layihəsinin əməliyyat məsrəfləri 11 milyon dollar artıb, əsaslı məsrəflər isə 48 milyon dollar azalıb.
Onu da bildirək ki, son 15 ildə AÇG layihəsinin əməliyyat və əsaslı məsrəfləri ümumilkdə 33 milyard 870 milyon dollar təşkil edib.
Son 15 ildə AÇG layihəsinin əməliyyat və əsaslı məsrəfləri belə olub:
