Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Haniyənin qətlini ABŞ-nin dəstəyi ilə İsrail təşkil edib” – SEPAH

“Haniyənin qətlini ABŞ-nin dəstəyi ilə İsrail təşkil edib” – SEPAH

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısa mənzilli mərmi ilə öldürülüb”.

Birinci24.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) araşdırmadan sonra dərc olunmuş bəyanatında deyilir.

“İstintaqın məlumatına görə, bu terror əməliyyatı qonaq evinin qarşısında baş verən güclü partlayışla müşayiət olunan təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısa mənzilli mərmi atılmaqla həyata keçirilib”, – məlumatda deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, Haniyənin öldürülməsi ABŞ hökumətinin dəstəyi ilə İsrail tərəfindən təşkil edilib:

“Avantürist və terrorçu sionist rejim bu cinayətə görə cavab verəcək və lazımi vaxtda, lazımi yerdə və lazımi şəkildə sərt şəkildə cəzalandırılacaq”.

Editor

Related Posts