Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İraqda aviabaza vuruldu – ABŞ hərbçiləri yaralandı

İraqda aviabaza vuruldu – ABŞ hərbçiləri yaralandı

İraqın Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına raket hücumu nəticəsində azı 5 ABŞ hərbçisi yaralanıb.

Birinci24.com xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti özünün Amerika və İraq mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bazaya iki raket atılıb və ərazidə ən az bir partlayış qeydə alınıb.

Daha əvvəl “hafaq News” portalı İraq təhlükəsizlik xidmətindəki mənbəyə istinadən ölkənin qərbində beynəlxalq koalisiya qoşunlarının istifadə etdiyi Ayn əl-Əsəd aviabazasının raket atəşinə tutulması barədə məlumat yayıb.

Pentaqon rəsmisi Amerika və koalisiya qüvvələrinin Ayn əl-Əsəd aviabazasına zərbə endirilməsi faktını təsdiqləyib.

Editor

Related Posts