Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dörd Azərbaycan hərbçisinin həlak olduğu “İstisu”yun üzəri bağlandı

Dörd Azərbaycan hərbçisinin həlak olduğu “İstisu”yun üzəri bağlandı

Bir neçə gün əvvəl Laçında Azərbaycan Ordusunun dörd hərbçisinin həlak olduğu “İstisu”yun üzərinə dəmir tor çəkilib.

Birinci24.com xəbər verir ki, bu barədə videonu Unikal.az saytı yayıb.

İlkin ehtimala görə, hərbçilər həmin yerdə kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənərək həlak olublar.

Qeyd edək ki, hadisə iyulun 30-da baş verib.

Xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları – kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar olunub.

Editor

Related Posts