Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanın NATO yanındakı nümayəndəsi qarət edilib – 90 minlik saatlar oğurlanıb (yenilənib)

Azərbaycanın NATO yanındakı nümayəndəsi qarət edilib – 90 minlik saatlar oğurlanıb (yenilənib)

Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə avqustun 5-də Brüsseldə qarət məqsədilə ona və xanımına edilən hücumu “Turan”a şərh edib.

Hüseynzadə deyib ki, yaşadıqları binaya girərkən iki naməlum şəxsin hücumuna məruz qalıblar:

“Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxularaq, bizi silah və bıçaqla hədələyərək, üzərimizdəki əşyaların onlara verilməsini tələb ediblər. Onlar xanımımın çantasını və qollarımızdakı “Rolex” model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar”.

Oğurlanan əşyaların dəyərinə toxunan səfir Belçika mətbuatda bunun hədsiz dərəcədə şişirdildiyini deyib:

Bizə məxsus saatlar “Rolex” markalı olsa da, metallik və sadə modellər olub”.

Səfirlik Vyana Konvensiyasına uyğun olaraq diplomatların təhlükəsizliyinin təmin edilməsi tələbilə Belçika hakimiyyətinə müraciət edib.


Hadisə gündüz saatlarında Brüsseldə baş verib

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə qarət edilib.

“Sudonfo” yazır ki, hadisə avqustun 5-də, gündüz saat 15.30-da, Brüsseldəki Stephanie meydanının yaxınlığında baş verib.

İcarəyə götürülmüş skuterdə olan iki qarətçi onlara yaxınlaşıb və tapançanın qundağı ilə başlarına vurublar. Bundan sonra Hüseynzadəyə və həyat yoldaşına məxsus 90.000 avroluq “Rolex” saatları oğurlayıblar.

Hər iki şəxsin xəstəxanaya aparıldığı bildirilir.

Xəbərdə hadisə ilə bağlı hər hansı istintaq hərəkətinin aparılmasına dair məlumat yoxdur.

Cəfər Hüseynzadənin də bununla bağlı açıqlaması yayımlanmayıb.

Editor

Related Posts