Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

İki il əvvəl Laçında hərbçilərimizin itkin düşməsi və bir neçə gün əvvəl meyitlərinin qalıqlarının tapılması ilə bağlı cinayət işi açılıb.

Birinci24.com xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Qeyd edilib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları – əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Həməşəyev Taleh Möhübbət oğluna isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilib.

Füzuli Hərbi Məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Babayev Təbriz Rasim oğlu və Həməşəyev Taleh Möhübbət oğlu onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Qeyd edək ki, hərbçilərimizin qalıqları bu ilin 3 iyul tarixində Kəlbəcər rayonu ərazisində aşkar edilib. Qalıqların kimə məxsus olması dəqiqləşdikdən sonra avqustun 5-də onların ailələrinə bu barədə məlumat verilib. Onların donvurmadan vəfat etməsi müəyyənləşib.

Editor

Related Posts