Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İdarə rəisi: Ermənistanın su resurslarımızı çirkləndirməsi ilə bağlı araşdırmalar davam etdirilir

İdarə rəisi: Ermənistanın su resurslarımızı çirkləndirməsi ilə bağlı araşdırmalar davam etdirilir

Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda elmi-praktiki konfransda deyib.

“Ermənistan ərazisində qanunsuz fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin dayandırılması məqsədilə beynəlxalq təşkilatlara, habelə xarici ölkələrin ekoloji nəzarət qurumlarına sorğular verilib, su nümunələri götürülərək çirklənmənin təsir dairəsi müəyyən edilir. Toplanmış materiallara hüquqi qiymət veriləcəkdir” – o əlavə edib.

Editor

Related Posts