Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Dövlət Universiteti milli yarışda 5-ci dəfə qalib olub

Naxçıvan Dövlət Universiteti milli yarışda 5-ci dəfə qalib olub

Birinci24 informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının dəstəyi və Enactus Azərbaycanın təşkilatçılığı ilə 12, 16 avqust tarixlərdə 2024-cü il “Enactus Azərbaycan” milli yarışı keçirilib.

Yarışının ilk mərhələsi 12 avqust tarixdə onlayn formatda, final mərhələsi isə 16 avqust tarixdə fiziki formatda Bakı Gənclər Mərkəzində keçirilib. Yarışda iştirak edən Naxçıvan Dövlət Universitetinin komandası 2024-cü il “Enactus Azərbaycan” milli yarışında 5-ci dəfə qalib olaraq Azərbaycanı Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək dünya kuboku üzrə təmsil etmək şansı əldə edib.

Bu münasibətlə Naxçıvan Dövlət Universiteti komandasını təbrik edir, onlara uğurlar arzulayırıq.

Editor

Related Posts