Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yeni tikdirdiyi hovuz uçdu, dağıntı altında qalıb öldü

Yeni tikdirdiyi hovuz uçdu, dağıntı altında qalıb öldü

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Birinci24.com xəbər verir ki, Sabirabad şəhəri Qurban Namazəliyev küçəsində yaşayan 1959-cu il təvəllüdlü Xuraman Hüseynovanın tikdirdiyi hovuz uçub.

Belə ki, iki gün əvvəl hovuzun tikintisi başa çatıb. Bundan sonra X.Hüseynova hovuzu su ilə doldurub. Lakin dünən günorta saatlarında daş materialından tikilmiş hovuz uçub. X.Hüseynova dağıntı altında qalaraq vəfat edib.

Editor

Related Posts