Today Çərşənbə axşamı, 15th Oktyabr 2024
Birinci 24

Birinci 24

Vətən müharibəsi iştirakçısı Vüsal Tağıyev əlillik dərəcəsi ala bilmir

Vətən müharibəsi qazisi iki ildir ki, əlillik dərəcəsi ala bilmir.

Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı və bir neçə özəl xəstəxanada müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Vüsal Tağıyev Kəlbəcər uğrunda gedən döyüşlərdə düşmənin artilleriya atəşi nəticəsində ağır xəsarətlər alıb.

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini olan qazi əlillik dərəcəsinin təyinatını və bu təyinat üzrə müavinətini ala bilmədiyini iddia edir.

Qazi lazımi sənədləri onlayn qaydada Dövlət Sosial Müdafiə Fondunun müvafiq bazasına yükləyib. Amma Vüsal Tağıyevə imtina gəlib.

Vüsal Tağıyevin əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə yaşadığı yerin tibb müəssisəsi tərəfindən əlillik altsisteminə daxil edilən “Forma 88” sənədində əlillik təyinatına əsas verən xəstəliyin səbəb əlaqəsi düzgün göstərilməyib. Bu səbəbdən də təyinat aparmaq mümkün olmayıb. Hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi olaraq, xəstəxana ilə əlaqə saxlanılıb, səbəb əlaqəsinin düzəldilməsi və yenidən göndərilməsi istənilib. Yaxın zamanda vətəndaşla bağlı qərar veriləcək.

Qeyd edək ki, hazırda qazimiz müharibə iştirakçısı olaraq 80 manat müavinət alır.

admin

Related Posts