Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda II Sığorta Festivalı keçiriləcək

Naxçıvanda II Sığorta Festivalı keçiriləcək

Birinci24 informasiya agentliyi xəbər verir ki, avqustun 24-də Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Naxçıvanda II Sığorta Festivalı keçiriləcək.

Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunur. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq.

Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.

Qeyd edək ki, festivala avqustun 17-də Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start verilib və ardıcıl olaraq 24 avqust Naxçıvan, 30 avqust Sumqayıt, 31 avqust Lənkəran və 7 sentyabr Gəncə şəhərlərində baş tutacaq.

Editor

Related Posts