Təmir-bərpa işləri aparılan Oğuz-Qəbələ-Bakı su kəmərində yenidən qəza baş verib.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Xətai, Nizami, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır.
Məlumatda deyilir ki, avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.
Xəbərdarlıq sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Abonentlər onsuz da yay gələndən su problemi yaşadıqlarını bildiriblər.
Qəzanın səbəbləri açıqlanmayıb.