Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiya Bakı ilə İrəvan arasında danışıqlar üçün həmişə məqbul platforma olub – Bayramov

Rusiya Bakı ilə İrəvan arasında danışıqlar üçün həmişə məqbul platforma olub – Bayramov

Azərbaycan XİN rəhbəri deyib ki, rosesin başa çatdırılmasına əsas maneə Ermənistanın Müstəqillik Aktında (Konstitusiya) hələ də Azərbaycana qarşı ərazi iddialarının olmasıdır.

Azərbaycan Ermənistanla danışıqlar prosesinə açıqdır, Rusiya həmişə belə danışıqlar üçün məqbul platforma olub. RİA Novosti xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

“Danışıqlar prosesinin özü açıq formatdadır. Biz Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli formatda danışıqlardan istifadə edirik. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi gələcəkdə ölkələr arasında ərazi məsələsinə qayıtmaq üçün bütün potensial riskləri aradan qaldırmalıdır”, – Azərbaycanın xarici işlər naziri deyib.

Onun sözlərinə görə, prosesin başa çatdırılmasına əsas maneə Ermənistanın Müstəqillik Aktında (Konstitusiya) hələ də Azərbaycana qarşı ərazi iddialarının olmasıdır ki, bu da Azərbaycan üçün qəbuledilməzdir.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Moskva Qarabağ üzrə sülh sazişinin imzalanması üçün nəsə edə bilsə, şad olardı.

“Əgər biz sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin demiliasiyası və demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, buna çox şad olarıq”, – Putin deyib.

Editor

Related Posts