Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sənin idarə etdiyin, yoxsa səni idarə edən düşüncə?

Sənin idarə etdiyin, yoxsa səni idarə edən düşüncə?

İmam Əlini (ə) görən bir şəxs ona təşəkkür edərək imamın varlığı ilə ədaləti tapdığını söyləyir. Onun sözlərini dinləyən İmam şəxsə etiraz edərək bu düşüncənin düz olmadığını bildirərək bu seçimin yanlış olduğunu deyir. İmam ona məsləhət görür ki, ilk öncə ədaləti tapıb onun məna və məfhumunu anlasın. Daha sonra imamın davranışlarının ədalətlə müvafiq olub olmadığını dəqiqləşdirərək bunun qəbuluna qərar versin.

Həqiqətdə İmam Əlinin (ə) bütün varlığının ədalət olması haqda Allah Rəsulundan “Ya Əli sən hardasansa ədalət də ordadır” hədisi Əlinin (ə) ədalət mehvəri olmasına yetərli sübutdur. Lakin bununla belə İmam insanlara şəxsin deyil, işin həqiqət, ədalət olmasını düşüncə sahibinin üzərinə buraxılan böyük məsuliyyət olaraq buna diqqətin önəmini bu dəyərli sətirlərlə söyləməyə çalışır. 

İnsanların böyük əksəriyyəti belədir, o məzmun və mənanın deyil, onun kim deməsinə üstünlük verməsi bu günün sözün həqiqi mənasına acı reallığıdır. Bu oğlunu şərlədiyi şəxsin ailəsinə oğlunun həbsdən azad olunma yollarını söyləyən polisin məsləhətinə bənzəyir. Acısı budur ki, günümüzün mənzərəsində ailələrin bu polisin söylədiklərini “Quran ayəsi” olaraq doğru qəbul etməsidir.

Məntiqli bir insan şər və böhtan mənbəyinin gözünün önündə əzizinə yaşatdıqlarından sonra ona inanmasına əsla qəbul etməz. Dünənindən ibrət götürməyib bu gün onun zəlalət səbəbi olan rejimin siyasi düşüncəsini həqqiqət bilib dost düşmən cəbhəsi müəyyən edən şəxsin baxışı yalnız şəxsin böyük vəzifə tutma səbəbinə görə onu doğru bilməsi növbəti tənəzzül amilidir. 

Rejim cəmiyyəti ən ülvi haqqından məhrum edib, polis və zopa altında xalqın rüşvət asılılığı ilə onun istismarda can verən bir qul formasına çevirib. Kosmik varlanma yaşayan bir qrupun sərt yumruğu altında hər ayın sonuna çatmayan əməkhaqq məngənəsində inləyən cəmiyətin siyasi düşüncəsini AZTV müəyyən edəndə insan yaşadıqlarından və yaşananlardan ibrət almaması təəssüf doğurur.

Bu siyasət təkcə xalqı istismar edib onu talayaraq şəxsiyyətini zədələmədi, o eyni halda millətin dünyada formalaşan imicinə də öz yararsız və uğursuz siyasəti ilə zərbə vurmaqla gələcəyini də sual altına aldı. Bütün bunları isə yalnız o, -güc sahibidirsə demək doğrudur-məntiqinə əsaslanan düşüncəsini onun əsarətinə verib doğrunu onun baxışının müəyyən etdiyini qəbul edən xalqın gəldiyi nəticəyə əsaslanaraq etdi və edir.

Hələdə bu davam edirsə, hələ də haqqı tapdanmaqda, istismar edilməkdəsənsə demək fikirlərini onun əsarətində saxlamaqda davamlısan. Dəyişim isə sənin düşüncəndən başlayır.

Editor

Related Posts