Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İranda avtobus qəzaya uğrayıb, 35 zəvvar ölüb

İranda avtobus qəzaya uğrayıb, 35 zəvvar ölüb

İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İran hüquq-mühafizə qüvvələrinin yol polisinin rəhbəri, general Teymur Hoseyni bildirib.

Məlumata görə, hadisə avqustun 20-də axşam saatlarında baş verib. Avtobus Pakistandan İraqa gedirmiş.

Qəzaya səbəb kimi əyləc sisteminin texniki nasazlığı göstərilib.

Editor

Related Posts