Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyə meşə yanğınlarında PUA-lardan istifadə edən ilk Avropa ölkəsidir

Türkiyə meşə yanğınlarında PUA-lardan istifadə edən ilk Avropa ölkəsidir

Türkiyədə meşə yanğınlarının ən geniş yayıldığı avqustun 15-18-də 258 yanğın hadisəsi qeydə alınıb. Bu yanğınların söndürülməsi üçün havaya qaldırılan pilotsuz uçuş aparatları (PUA) 301 saat xidmət göstərib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata əsasən, bu il ölkə üzrə meşə yanğınlarının söndürülməsinə 105 helikopter, 26 təyyarə və 14 PUA cəlb edilib. Alovla mübarizə qüvvələrinin tərkibində 15 min 500 yanğınsöndürən, 4 min nəfərdən ibarət texniki heyət, 5500 meşə mühafizəçisi və 122 min könüllü yer alır. Bu yanğınların aşkarlanmasında 776 gözətçi qülləsi mühüm rol oynayıb.

Türkiyə meşə yanğınlarında yüksək texnologiyalı PUA-lardan istifadə edən ilk Avropa ölkəsidir. Bu hava vasitələrinin çətin relyef şəraitində hərəkət manevrləri, yüksək görmə bacarığı, eləcə də üfüqi və şaquli qalxıb-enmə qabiliyyətinə malik olmaları onların təbiət hadisələrinin aradan qaldırılmasında istifadəsini zəruri edir. Türkiyədə 2020-ci ildən etibarən yanğınların erkən aşkarlanması və söndürülməsi işlərinin səmərəli idarə olunmasında “Bayraktar TB2” və “Aksunqur” PUA-larından istifadə olunur. Pilotsuz uçuş aparatlarında quraşdırılan kameralarının IR xüsusiyyəti vasitəsilə yanğın söndürülmüş ərazilərdə baş verə biləcək riskli vəziyyətlər aşkarlanır, yeni yanğınların qarşısı alınır.

Editor

Related Posts