Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanın BRİKS-ə qoşulmaq üçün müraciətinə Kazan sammitində baxıla bilər

Azərbaycanın BRİKS-ə qoşulmaq üçün müraciətinə Kazan sammitində baxıla bilər

“Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə birliyin 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər”.

Birinci24.com xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov “Telegram” kanalında yazıb.

“Ola bilsin ki, Azərbaycanın müraciətinə 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammitində baxılsın və onun birliyə daxil olması ilə bağlı qərar qəbul olunsun”, – senator bildirib.

Siyasətçinin sözlərinə görə, Azərbaycan hazırda demək olar ki, bütün BRİKS-ə üzv ölkələrlə məhsuldar əməkdaşlıq qurub və əlavə olaraq, Qərb ölkələrini, xüsusilə ABŞ və Fransanı qıcıqlandıran müstəqil xarici siyasət nümayiş etdirir.

“Bu arada Bakı çoxqütblü dünyada yaşamaq istəyən dövlətlərlə güclü əlaqələr qurmaq istəyir və bu, düzgün seçimdir”, – Cabarov əlavə edib.

Cabarov həmçinin gec-tez digər MDB ölkələrinin də BRİKS-ə qoşulacağına əminliyini ifadə edib.

Xatırladaq ki, rəsmi Bakının BRİKS-ə qoşulmaq istəyi iyulun əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammiti çərçivəsində qəbul edilmiş Azərbaycan və Çin arasında strateji əməkdaşlığın qurulmasına dair birgə bəyannamədə öz əksini tapıb.

İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova da Azərbaycanın BRİKS-ə tamhüquqlu üzv olmaq istədiyini bildirib.

Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.

Qeyd edək ki, hazırda təşkilatın 10 üzvü var. Bunlar Braziliya, Rusiya, Hindistan, Çin, CAR, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiyadır.

Editor

Related Posts