Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda çörək sexində nöqsanlar aşkar olunub

Naxçıvanda çörək sexində nöqsanlar aşkar olunub

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları tərəfindən Babək rayonu, Qahab kəndində fəaliyyət göstərən çörək sexində plandankənar yoxlama aparılıb.

Yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tətbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanmışdır.

Eyni zamanda, müəssisədə çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyən edilmişdir.

Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olmuşdur.

Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib olunmuşdur.

Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Editor

Related Posts