Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ötən ay 126 nəfərə əmək pensiyası təyin edilib

Ötən ay muxtar respublikada 126 nəfərə əmək pensiyası təyin olunub. Bunlardan 96-sı yaşa, 4-ü sağlamlıq imkanları məhdudluğa, 26-sı isə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuş vətəndaşlardır.

Pensiya təyin olunan vətəndaşlardan 114-nə ilk dəfə təyinat olub, 12-nin isə pensiya növündə dəyişiklik edilib. Qanunvericiliyə uyğun olaraq 553 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub, 4 hərbi qulluqçuya dövlət icbari şəxsi sığorta ödənişi həyata keçirilib ki, onlardan 1-i vəfat etdiyinə görə onun vərəsəsinə, 2-nə sağlamlıq imkanlarının məhdudluğuna, 1-nə isə az ağır xəsarət aldığına görə sığorta ödənişi verilib. Sığorta ödənişi alan şəxslərdən 2-si Vətən müharibəsi iştirakçısıdır. Dövlət icbari şəxsi sığorta ödənişinin həyata keçirilməsi üçün 18 min 150 manat vəsait həmin şəxslərin bank hesablarına köçürülüb.

Ümumiyyətlə, ötən ay ərzində dövlət icbari şəxsi sığortası üzrə sığorta edənlər tərəfindən 416 min 133 manat vəsait fondun hesabına köçürülüb.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 9 milyon 832 min 400 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 6,3 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 62,3 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb. Ötən ay həmçinin 3 hüquqi şəxs və 289 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Fərdi uçot sistemində uçota alınanların sayı isə 291 nəfər artaraq 185 min 332 nəfərə çatıb.

Ümumilikdə ay ərzində pensiya ödənilməsinə 15 milyon 433 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 353 min manat vəsait xərclənib.

admin

Related Posts