Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublika Xəstəxanasında tibbin aktual mövzularını əhatə edən növbəti konfrans keçirilib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında tibbin aktual mövzularını əhatə edən növbəti konfrans keçirilib.

Ayrı-ayrı bölmələr üzrə təşkil olunan konfransda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-kardioloqu, dosent, tibb elmləri doktoru Sona Qəhrəmanova “Arterial hipertenziyanın müalicəsinə müasir yanaşmalar” mövusunda məruzə edib. Bildirilib ki, ürək-damar xəstəlikləri bütün dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış xəstəliklərdən biri olaraq qalır və ölüm faizinə, fiziki imkanların məhdudluğu dərəcəsinə görə birinci yerdədir. Bu xəstəliklər ilk növbədə irsi olaraq keçən xroniki xəstəliklərdir. Ona görə də həmin xəstəliklər, o cümlədən arterial hipertenziya daimi müalicə tələb edir. Arterial təzyiqi yüksək olanların vaxtaşırı möhkəm başağrıları, qulaqlarında küy, sifətində qızartı ola bilər. Müşahidələr göstərir ki, bu xəstəliyi daşıyanlar çox zaman xəstəliyin ilkin əlamətləri müşahidə olunduqda yox, inkişafın son mərhələsində olarkən həkimə müraciət edirlər. Buna qədər ağrıkəsici dərmanlar içərək özlərini aldadırlar. Lakin təzyiq öz işini görərək miokard infarktına və ya insulta gətirib çıxarır. Halbuki vaxtında müraciət edilsə, müalicə daha yaxşı effekt verər.

İnkişaf etmiş ölkələrdə xəstənin miokard infarktı mərhələsinə çatmasına imkan verilmədiyini deyən Sona Qəhrəmanova kardiologiyanın Azərbaycanda da tibbin inkişaf etmiş sahələrindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, peşəkar mütəxəssislər xəstənin bu hala çatmasının qarşısını vaxtında alırlar.

“Ege Hospital”ın uzman psixiatrı Aydan İsgəndərzadə bir çox psixi pozuntuların, eləcə də depressiv və yuxu pozuntularının vaxtında və düzgün müalicə ilə aradan qaldırıldığını bildirib. O, atipik antipsixotiklərin depressiv və yuxu pozuntularında istifadəsi barədə konfrans iştirakçılarına geniş məlumat verib.

Konfransda “Nobel İlaç” Şirkətinin Psixiatriya və Nevrologiya kateqoriyasının müdiri, nevroloq Rəşad Əliyevin və “Baku Medikal Plaza”nın uroloq-androloqu Abdullah Arman Özdəmirin tibbin müvafiq sahələri üzrə məruzələri dinlənilib. Mütəxəssislər xəstəliklərin risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat veriblər.

admin

Related Posts