Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyə Aİ Şurasının qeyri-formal görüşünə dəvət olunub

Türkiyə Aİ Şurasının qeyri-formal görüşünə dəvət olunub

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı Şurasının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Brüsselə gedəcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu, son beş ildə Aİ-dən Türkiyəyə ilk belə dəvətdir.

Türkiyə XİN-in rəsmi nümayəndəsi Öncü Kecəli Hakan Fidanın görüşə dəvət olunması faktını təsdiqləyərək deyib: “Biz bu dəvəti alqışlayırıq. Bu, həmçinin ona işarədir ki, Aİ regional və qlobal çağırışlar qarşısında Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi zərurətini anlayır. Münasibətlərdə irəliləyişə nail olmaq üçün bizim Aİ ilə bütün sahələrdə əməkdaşlıq və dialoqumuzun davamlı və sistemli şəkildə həyata keçirilməsi vacibdir”.

Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşü avqustun 29-30-da Brüsseldə keçiriləcək. Diplomatik mənbələrdən verilən məlumata görə, görüşdə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı məsələlərin, o cümlədən Kiyevə yeni hərbi yardımın mümkünlüyü məsələsinin müzakirəsi planlaşdırılır. Türkiyə Ukrayna münaqişəsində ənənəvi olaraq dialoq tərəfdarı kimi çıxış edir və tərəfləri danışıqlara çağırır.

Editor

Related Posts