Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babək Rayon Xalq Teatrı “Ana” tamaşasını təqdim edib

Babək Rayon Xalq Teatrının kollektivi bu il 140 illiyini qeyd etdiyimiz görkəmli şair-dramaturq Hüseyn Cavidin “Ana” əsərini tamaşaya qoyub.

“Ana” faciəsi böyük ədibin dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Dağıstan xalqlarına, onların temperamentinə xas əhvali-ruhiyyənin hökm sürdüyü əsərin əsas xəttini Qanpoladla onun rəqibi Orxan arasında olan eşq uğrunda mübarizə təşkil etsə də, əsas ideya Qafqazın müsəlman xalqlarına məxsus qonaqpərvərlik, aman istəyənə sığınacaq vermək, düşmənin belə olsa, sənə sığınana mərhəmət göstərmək kimi mənəvi xüsusiyyətlərin təbliğidir.

Quruluşçu rejissoru Yusif Əliyev, musiqi tərtibatçısı Fətəli Axundzadə, rejissor assistenti Gülzar Heydərli, səs operatoru Emil Quliyev olan tamaşada xalq teatrının istedadlı aktyorlarının səhnə bacarığı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bu il görkəmli şair-dramaturq, Azərbaycan romantik şeirinin və mənzum faciənin banisi Hüseyn Cavidin anadan olmasının 140 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Hüseyn Cavidin 140 illiyi ölkəmizdə qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada sərəncamın icrasını təmin etmək məqsədilə tədbirlər planı təsdiq edib.

admin

Related Posts