Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda taxıl sahələrində yanğınlar olub

Naxçıvanda taxıl sahələrində yanğınlar olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Sərxanlı, Şahbuz rayonu Şada kəndlərində biçilmiş taxıl sahələrində, Babək rayonu Kərimbəli kəndində və Sədərək rayonunda quru otlaq sahələr, Babək rayon Qoşadizə məhələsində isə həyatyanı sahədə yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur, Şahbuz, Babək və Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisələri nəticəsində Babək rayon Kərimbəyli kəndində 175 m² sahə, Sədərək rayon Sədərək kəndində 500 m² sahə yanıb, 500 m² sahə yanğından mühafizə edilib. Şərur rayon Sərxanlı kəndində 2000 m² biçilmiş taxıl sahəsi yanıb, 8000 m² sahə yanğından mühafizə edilib. Babək rayon Kərimbəyli kənd isə 200 m² sahə yanıb.

Editor

Related Posts