Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Maduro Milad bayramını oktyabrın 1-nə keçirdi

Maduro Milad bayramını oktyabrın 1-nə keçirdi

Venesuela Prezidenti Nikolas Maduro bu il katoliklərin Milad bayramının oktyabrın 1-də başlayacağını açıqlayıb.

Birinci24.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

“Sentyabrdır və Milad bayramının yaxınlaşdığını artıq hiss edə bilərsiniz. Ona görə də, bu il hörmət və minnətdarlıq əlaməti olaraq Milad bayramını oktyabrın 1-nə köçürmək üçün fərman verəcəyəm”, – Maduro televiziya çıxışlarından birində deyib.

Venesuela lideri həmçinin çıxışında bütün venesuelalılara sülh, xoşbəxtlik və təhlükəsizliklə dolu Milad vəd edib.

Editor

Related Posts