Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İrəvan Bakıya sülh sazişinin tam razılaşdırılmış layihəsini təqdim edib

İrəvan Bakıya sülh sazişinin tam razılaşdırılmış layihəsini təqdim edib

Ermənistan sülh sazişinin tam razılaşdırılmış layihəsini Azərbaycan tərəfinə təqdim edib.

Birinci24.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyanın sözlərinə görə, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar. O əlavə edib ki, tərəflərin bu sənədi ən qısa müddət ərzində imzalaması üçün imkan var.

Ermənistanın XİN başçısı qeyd edib ki, bu addım Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün səhifə açacaq.

“Hesab edirik ki, sülh müqaviləsinin ən qısa müddətdə imzalanması və regionda uzunmüddətli sabitlik səhifəsinin açılması üçün real imkan mövcuddur”, – Mirzoyan əlavə edib.

XİN rəhbəri İrəvanın Bakıdan cavab gözlədiyini qeyd edib.

Editor

Related Posts