Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Füzulidə qəzada bir nəfər ölüb

Füzulidə qəzada bir nəfər ölüb

Füzulidə rayonunun Qayıdış qəsəbəsi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Birinci24.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Elgün Bəylərov hadisə yerində həyatını itirib.

“Toyota”nın sürücüsü, Qayıdış-4 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şükürov Nicat Qafar oğlu və sərnişin Füzuli rayon Qayıdış-5 qəsəbə sakini, 1981-ci il təvəllüdlü İsmayılov Səlim Mərdan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts