Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda 7 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

Naxçıvanda 7 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 6988 mülkiyyət hüququ qeydiyyata alaraq çıxarışla təmin edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, cari ilin ilk 8 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 2473-ü fərdi yaşayış evi, 2-si bağ evi, 1098-i mənzil, 2997-i torpaq sahəsi, 99-i qeyri-yaşayış binası, 296-i qeyri-yaşayış sahəsi, 22-i əmlak kompleksi, 1-i çoxmərtəbəli yaşayış binasıdır.

Editor

Related Posts