Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

BMT Baş Assambleyası İsraillə bağlı qətnamə qəbul etdi

BMT Baş Assambleyası İsraillə bağlı qətnamə qəbul etdi

BMT Baş Assambleyası Fələstinin təqdim etdiyi və İsraildən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməsini və bir il ərzində işğal olunmuş Fələstin ərazilərini tərk etməsini tələb edən qətnamə layihəsini qəbul edib.

Birinci24.com TASS-a istinadən xəbər verir ki, qətnaməni 124 dövlət dəstəkləyib.

Dəstəkləyənlər arasında Rusiya, Belçika, Braziliya, Qətər, Çin və Fransa olub. 14 ölkə, o cümlədən Macarıstan, İsrail, ABŞ və Çexiya qətnamənin əleyhinə çıxıb, daha 43 dövlət isə səsvermədə bitərəf qalıb.

Qeyd edək ki, qətnamənin qəbulu üçün üçdə iki səs tələb olunurdu. BMT Baş Assambleyasının qətnamələri, Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq, məcburi hüquqi qüvvəyə malik deyil.

Editor

Related Posts