Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Comedy Club” niyə bağlandı?

“Comedy Club” niyə bağlandı?

Xəbər verdiyimiz kimi, TNT kanalında yayımlanan “Comedy Club” yumoristik teleşousu bağlanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, layihənin prodüseri Pavel Rudçenko şounun əsas aktyor heyətinin ayrıldığı üçün bağlandığını bildirib.

O, qeyd edib ki, ilk heyətdən yalnız komediyaçılar Qarik Xarlamov və Pavel Volya qalıb.

Prodüser aktyorların bəzilərinin başqa fəaliyyətlə məşğul olduğunu, Semyon Slepakovun isə xarici agentlərin reyestrinə daxil edildiyini bildirib.

Qeyd edək ki, layihə 19 ildir sözügedən telekanalda yayımlanıb.

Editor

Related Posts