Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ-dən öz vətəndaşlarına TÖVSİYƏ: “Livanı tərk edin”

ABŞ-dən öz vətəndaşlarına TÖVSİYƏ: “Livanı tərk edin”

ABŞ Dövlət Departamenti İsrail və “Hizbullah” hərəkatı arasında münaqişə fonunda ABŞ vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.

“Hizbullah və İsrail arasındakı qarşıdurmanın gözlənilməz xarakterinə və Livanda, o cümlədən Beyrutda baş verən son partlayışlara görə, ABŞ səfirliyi ölkə vətəndaşlarını kommersiya uçuşları davam edərkən Livanı tərk etməyə çağırır”, – ABŞ xarici siyasət idarəsinin bəyanatında deyilir.

Dövlət Departamenti xəbərdarlıq edib ki, təhlükəsizlik vəziyyəti pisləşərsə, kommersiya uçuşları ilə ölkəni tərk etmək imkanı olmaya bilər.

Sənəddə qeyd edilir ki, “ABŞ səfirliyi Livanda qalmağı seçən Amerika vətəndaşlarına dəstək verə bilməyəcək”.

Editor

Related Posts