Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Regionda ən baha və ən ucuz taksi xidməti hansı ölkələrdədir? – Siyahı

Regionda ən baha və ən ucuz taksi xidməti hansı ölkələrdədir? – Siyahı

Hazırda paytaxt Bakıda fəaliyyət göstərən taksilərdə 1 kilometr üçün gediş haqqı orta hesabla 1 manata (0,59 dollar) bərabərdir.

Birinci24.com xəbər verir ki, bu barədə məlumat nüfuzlu araşdırma portallarından olan “numbeo” tərəfindən açıqlanıb.

Qeyd edək ki, “numbeo” region ölkələri arasında ən baha taksi qiymətlərini Gürcüstanda olduğunu açıqlayıb. Bu ölkədə 1 kilometr üçün gediş haqqı orta hesabla 0,73 dollar olub.

Digər region ölkələrində taksilərdə 1 kilometr üçün orta gediş haqqı aşağıdakı kimidir:

Gürcüstan – 0,73 dollar
Türkiyə – 0,67 dollar
Qazaxıstan – 0,63 dollar
Azərbaycan – 0,59 dollar
Rusiya – 0,33 dollar
Moldova – 0,33 dollar
Ermənistan – 0,31 dollar
Belarus – 0,31 dollar
İran – 0,30 dollar
Özbəkistan – 0,30 dollar
Ukrayna – 0,29 dollar

Editor

Related Posts