Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

SEPAH İranda fəaliyyət göstərən 12 İsrail agentindən ibarət şəbəkə üzə çıxardı

SEPAH İranda fəaliyyət göstərən 12 İsrail agentindən ibarət şəbəkə üzə çıxardı

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) İranın 6 vilayətində ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədi daşıyan əməliyyatlar planlaşdıran 12 İsrail agentindən ibarət şəbəkəni aşkar edib.

Birinci24.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə korpusun bəyanatında bildirilib.

“Bu sui-qəsdin qarşısını almaq üçün SEPAH kəşfiyyat qüvvələri ölkənin altı əyalətində xalqa qarşı təhlükəsizliyi pozmağa yönəlmiş aksiyalar keçirməyi planlaşdıran 12 əməkdaş və muzdlu İsrail şəbəkəsini üzə çıxarıb. Onlara həlledici zərbə endirilib”, – korpusun bəyanatında qeyd edilib.

Korpusun məlumatına görə, İsrail hakimiyyəti münaqişəni İrana da yaymağa çalışır və ölkə daxilində vəziyyəti pozmaq üçün tədbirlər görməyi planlaşdırır.

Editor

Related Posts