Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiyada hərbi təyyarə yaşayış binasına çırpıldı, ölənlər var – Video+Yenilənib

Rusiyada hərbi təyyarə yaşayış binasına çırpıldı, ölənlər var – Video+Yenilənib

Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində hərbi təyyarə yaşayış binasına çırpılıb. 

“Su-34” təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasına dəydikdən sonra yanğın baş verib. Yanğın 9 mərtəbəli binaya keçib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini bürüyüb. Pilotun katapult edərək xilas olduğu bildirilir.

Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.

***

Rusiya Müdafiə Nazirliyi Krasnodar vilayətinin Yeysk şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı məlumat yayıb. Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini əhatə edir. Yanğın 2 min kvadratmetr sahəni bürüyüb.

***

“Su-34” təyyarəsinin binaya çırpılması faktı ilə əlaqədar cinayət işi açılıb. 

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, qəza nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb. 

***

Qəzada ölənlərin sayı 3 nəfərə, yaralananların sayı isə artaraq 21 nəfərə çatıb. Onlardan 4-nün vəziyyəti ağırdır. 

***

Ölənlərin sayı 4, yaralananların sayı 25 nəfərə çatıb. 8 nəfərin vəziyyəti ağırdır. Onlardan 3-ü uşaqdır. 6 nəfər isə itkin düşüb.

Editor

Related Posts