Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Araik Arutyunyan Xankəndiyə qayıtdı – həftənin sonunda

Araik Arutyunyan Xankəndiyə qayıtdı – həftənin sonunda

Ötən həftə İrəvana yola düşən Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndiyə qayıdıb.

Bu barədə erməni mediasına istinadən xəbər verir.

Araikin “mətbuat katibi” Lusine Avanesyan bildirib ki, yaxın günlərdə Ermənistanın paytaxtında keçirilən görüşlərin təfərrüatları ilə bağlı bir sıra müzakirələr gözlənilir. Onun dediyinə görə, bu gün nümayəndə heyətinin üzvləri qondarma “parlament”də təmsil olunan siyasi qüvvələrin nümayəndələri ilə görüşəcək. Sabah isə “hökumətin” geniş tərkibdə iclasının çağırılması planlaşdırılır. Arutyunyan da öz növbəsində yaxın günlərdə “parlament” sessiyası formatında müzakirələrin keçirilməsini təklif edib.

Bütün görüşlərdən və müzakirələrdən sonra həftənin sonunda planlaşdırılmış müsahibə zamanı baş separatçı ictimaiyyəti narahat edən əsas suallara cavab verəcək.

Editor

Related Posts