Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Regionda vəziyyət nəzarətdən çıxa bilər” – Pezeşkian

“Regionda vəziyyət nəzarətdən çıxa bilər” – Pezeşkian

“İsrailin hərəkətləri regionda vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər”.

Birinci24.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı bildirib.

Pezeşkian deyib ki, Fransa regionda gərginliyin və münaqişənin qarşısının alınmasında daha təsirli rol oynaya bilər.
İran prezidenti həmçinin qeyd edib ki, onun administrasiyası həm ölkə daxilində, həm də ölkə xaricində birliyə can atır və qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyət siyasəti aparır.

O, İran hökumətinin Avropa dövlətləri ilə qarşılıqlı əməkdaşlığa hazır olduğunu əlavə edib.

İranın nüvə proqramı barəsində danışan Pezeşkian bildirib ki, İslam Respublikası heç vaxt nüvə silahına can atmayıb və atmayacaq.

Editor

Related Posts